Hiperrealist rəssam Marsello Barenqi İtaliyanın Milan şəhərində yaşayır və işləyir. O, rəsm çəkməyə uşaqlıqdan başlayıb. 9 yaşında ikən Leonardo da Vinçinin “Mona Liza” əsərindən təsirlənən Barenqi bu şəkli canlandırmağa çalışıb. O, Milanın Politexnik Universitetində memarlıq fakültəsini bitirib. Barenqi əsasən jurnal və qəzetlər üçün illüstrasiya və komikslər işləyir. Onun “Youtube” portalında şəxsi kanalı vardır. Burada müəllif öz əsərlərin i yerləşdirir.