`Ərdoğanı devirməyin tək yolu demokratiyadır`

`Ərdoğanı devirməyin tək yolu demokratiyadır`
  12 Avqust 2013    Oxunub:1331
`Türkiyədə hakimiyyət dairələrinin dəyişməsi üçün demokratiyadan başqa çıxış yolu görmürəm`
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bəyan edib.
D.Baxçalının sözlərinə görə, Türkiyədə vəziyyət o dərəcəyə gəlib çatıb ki, ölkə iki hissəyə parçalana bilər:

`Belə getsə, ölkəmizdə qardaş-qardaşı qırmağa başlayacaq. Türkiyənin ərazi bütövlüyü böyük təhlükə altındadır. Bunun qarşısı alınmalıdır. Xalqın özünün iradəsi olmalıdır. Ədalət və İnkişaf Partiyasını dəstəkləyən xalq, Türkiyənin bu vəziyyətinə bir çıxış yolu tapmalıdır. Bu yol demokratiya yoludur, başqa yol yoxdur. Millət iqtidarın hakimiyyətdən getməsinə öz iradə və gücünə güvənərək qərar verməlidir`

Mirvari



Teqlər:  





Xəbər lenti