Azərbaycanın Avropadakı baş əleyhdarı vəzifədən getdi

Azərbaycanın Avropadakı baş əleyhdarı vəzifədən getdi
  10 Avqust 2013    Oxunub:1270
Çexiya hökuməti istefa verib
Çexiya hökuməti istefaya gedib. Müvafiq qərar bu gün Nazirlər Kabinetinin iclasında qəbul olunub. Belə ki, avqustun 7-də İrji Rusnokun yeni nazirlər kabineti parlamentin aşağı palatasının etimad rəyini qazana bilməyib. Bu o deməkdir ki, yeni hökumət iki gün ərzində istefa haqqında ərizəsini prezidentə təqdim edəcək.

Avqustun 16-da Çexiya parlamentində Deputatlar Palatasının buraxılması məsələsi müzakirəyə çıxarılacaq. Əgər deputatlar Palatanın buraxılmasına səs versələr, ölkə prezidenti müvafiq qərarın icrasına dair sərəncam imzalayacaq.

İclasdan sonra jurnalistlərə açıqlama verən baş nazir İrji Rusnok bildirib ki, növbədənkənar parlament seçkilərinədək hökumətin bütün üzvləri öz səlahiyyətlərini yerinə yetirəcəklər.

Onu da qeyd edək, Azərbaycan prezidenti İlham Əliyevin Avropadakı əsas tənqidçisi, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə “Xocalı soyqırımını ermənilərin başına gətirilənmüsibətlərin yanında “heç nə” adlandıran, istefaya gedən hökumətin xarici işlər naziri Karel Şvartsenberq də vəzifəsini itirib. Yeri gəlmişkən, Azərbaycan-Çexiya münasibətlərində soyuqluq məhz onun Azərbaycandakı rejimi “diktatura” adlandırmasından sonra yaranmışdı.

Onu da qeyd edək ki, çexiyalı nazir bu fikri martın 4-də, Praqada Azərbaycandan olan vəkil və hüquq müdafiəçisi İntiqam Əliyevə mükafatın verildiyi mərasimdə səsləndirmişdi. Nazir demişdi ki, “Qərb Azərbaycanda insan haqlarının pozulması faktlarına münasibətdə özünü başını quma soxmuş tutuquşu kimi aparmamalıdır”.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti