ABŞ səfirliklərini yenidən açacaq

ABŞ səfirliklərini yenidən açacaq
  10 Avqust 2013    Oxunub:968
ABŞ bu yaxınlarda təhlükəsizlik səbəbilə bağladığı səfirliklərini yenidən açacaq.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın bağladığı 19 səfirliyin 18-i avqustun 11-də açılacaq. ABŞ dövlət departamentinin məlumatına görə, Yəmənin paytaxtı Səna şəhərindəki səfirlik “davam edən narahatlığa” görə hələ açılmayacaq.

Xatırladaq ki, ABŞ Yaxın Şərq və Afrikada keçən həftə 19 səfirliyini terror aktı təhlükəsinə görə bağlı elan etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti