Obama Putinlə görüşməməyinin səbəbini açıqladı

Obama Putinlə görüşməməyinin səbəbini açıqladı
  10 Avqust 2013    Oxunub:1029
Barak Obamanın Vladimir Putinlə sentyabra planlaşdırılan görüşünün təxirə salınması yalnız keçmiş ABŞ kəşfiyyatçısı Edvard Snoudenlə bağlı deyil.
AzVision.az xəbər verir ki, Vaşinqtonun qərarı Moskvanın Snoudenə müvəqqəti sığınacaq verməsi ilə əlaqədar deyil, burada başqa səbəblər də vardır. Bu barədə ABŞ prezidenti Barak Obama avqustun 9-da keçirilən mətbuat konfransında bildirib.

Obamanın sözlərinə görə, Suriyadakı vəziyyətin nizama salınması və insan hüquqları ilə əlaqədar məsələlərə görə son aylarda ikitərəfli münasibətlərdə bir sıra ziddiyyətlər və fikir ayrılıqları yaranıb. Obama həmçinin qeyd edib ki, Dmitri Medvedyevin prezidentliyi vaxtında Rusiya ilə ikitərəfli münasibətlərdə proqres var idi. Lakin Vladimir Putinin Kremlinə qayıdışı ilə Amerikaya qarşı ritorika güclənib.

ABŞ prezidenti Putinlə şəxsi münasibətlərinin normal olduğunu vurğulayıb. Obama həmçinin ABŞ münasibətləri ilə bağlı məsələlərdə Rusiya prezidentini “geriyə deyil, qarşıya baxmağa” çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti