Rusiya Səudiyyə Ərəbistanının təklifini rədd etdi

Rusiya Səudiyyə Ərəbistanının təklifini rədd etdi
  10 Avqust 2013    Oxunub:929
Putin Səudiyyə Şahzadəsini böyük nəzakətlə dinləsə də, sonda ona yox cavabı verib.
Bu barədə məlumatı avropalı və ərəb diplomatlar veriblər. Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin rəhbəri Şahzadə Bəndər Bin Sultan Moskvaya səfərində prezident Vladimir Putinə Suriya prezidenti Bəşər Əsədə dəstək verməməyi təklif etmişdi. Əvəzində isə Riyad administrasiyası Rusiyadan 15 milyard dollarlıq silah almalı idi.

Şahzadənin şərtinə görə, Suriyada rejimin çökməsindən sonra yeni hakimiyyəti məhz Ər Riyad formalaşdırmalı idi. Ərəb diplomatının Frans- Press-ə verdiyi məlumata görə, Putin Səudiyyə Şahzadəsini böyük nəzakətlə dinləsə də, sonda ona yox cavabı verib. Belə ki, Rusiya Suriya ilə bağlı strategiyasını dəyişməyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti