Misirdə nümayişlər səngimir

Misirdə nümayişlər səngimir
  09 Avqust 2013    Oxunub:1044
Misirdə hərbi çevrilişlə devrilən prezident Məhəmməd Mürsi tərəfdarlarının iri miqyaslı etiraz aksiyaları davam edir
İsgəndəriyyə şəhərində bayram namazının ardından yüzlərlə tərəfdar küçələrdə yürüş təşkil edib. Nümayişçilər İskəndəriyyə kitabxanasının ətrafında toplaşdıqdan sonra Mürsi lehinə şüarlar səsləndirib.

Etirazçılar bildirib ki, onlar meydanları tərk etməyəcək, lazım gələrsə bu yolda ölməyə hazırdırlar. Narazı kütlənin təhlükəsizliyi elə onların özündən təşkil olunmuş qruplar tərəfindən təmin olunur. Qeyd edək ki, bir neçə gün əvvəl yeni hökumət bəyan edib ki, gec və ya tez bütün aksiyalara son qoyulacaq.


Teqlər:





Xəbər lenti