Türk Hava Yollarının iki pilotu oğurlandı

Türk Hava Yollarının iki pilotu oğurlandı
  09 Avqust 2013    Oxunub:887
Oğurluğun arxasında kimin dayandığı məlum deyil
Livanın paytaxtı Beyrutda "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu oğurlanıb. Bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

Türkiyəli diplomatın verdiyi açıqlamaya görə cümə günü, Beyrut aeroportunu tərk etdikdən sonra onların avtobusu 2 silahlı şəxs tərəfindən saxlananılıb. Onlar aeroportdan qaldıqları otelə gedərkən təxminən 3 radələrində ələ keçirilib.

Hazırda insidentlə bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti