Muğam Festivalının tarixi açıqlandı

Muğam Festivalının tarixi açıqlandı
  25 Fevral 2015    Oxunub:1720
Bakıda "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, bu haqda məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq Artisti, professor Firəngiz Əlizadə olan festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Martın 11-dən 18-nə kimi davam edəcək festival çərçivəsində Beynəlxalq Elmi Simpoziumun, dünyanın tanınmış musiqiçilərinin konsertlərinin, gənc ifaçılar üçün IV Beynəlxalq Muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti