`Sultan Süleyman` Leyla Əliyevanın filmində

`Sultan Süleyman` Leyla Əliyevanın filmində
  23 Fevral 2015    Oxunub:4590
Türkiyənin məşhur aktyoru, “Möhtəşəm Yüzyıl” serialının Sultan Süleyman Halit Ərgənç “Əli və Nino” romanı əsasında çəkiləcək filmdə iştirak edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə ötən gün Leyla Əliyevanın da iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Qeyd edək ki, filmin baş rollarını - Əli və Ninonu aktyorlar Adam Bakri və Maria Valverde canlandıracaqlar.

Müəllifi Qurban Səid olan "Əli və Nino" romanı XX əsrin orijinal əsərlərindən biri hesab olunur. İlk dəfə 1937-ci ildə alman dilində çap olunmuş bu əsər 33 dilə tərcümə edilib, 100 dəfədən çox nəşr olunub. Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, geyim dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb. Filmin beynəlxalq satış məsələləri "IM Global" şirkətinə həvalə olunub.


Teqlər:  





Xəbər lenti