Rusiya ilə Çinin kəşfiyyat xidmətləri əməkdaşlığı gücləndirir

Rusiya ilə Çinin kəşfiyyat xidmətləri əməkdaşlığı gücləndirir
  23 Aprel 2024    Oxunub:456
Rusiya Federasiyası və Çin Xalq Respublikasının kəşfiyyat xidmətləri ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, siyasi-hüquqi komissiyanın katibi Çen Vençinq ilə görüşdə deyib.

“Biz hüquq-mühafizə orqanları ilə kəşfiyyat xidmətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri üzrə, o cümlədən ictimai təhlükəsizlik, ədalət və asayiş üzrə məsləhətləşmələr çərçivəsində dialoqu davam etdirmək niyyətindəyik”, - deyə o bildirib.

Görüş beynəlxalq təhlükəsizlik toplantısı çərçivəsində baş tutub.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti