Türkiyə İsraillə ticarət əlaqələrini dayandırır

   Türkiyə İsraillə ticarət əlaqələrini dayandırır
  02 May 2024    Oxunub:765
Prezident Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, "Türkiyə artıq İsraillə intensiv ticarət əlaqələri saxlamır".
AzVision.az xəbər verir ki, iki türk rəsmisi bu barədə "Bloomberg"ə danışıb.

Onların sözlərinə görə, cümə axşamından etibarən ölkələr arasında bütün idxal və ixrac prosesləri dayandırılıb.

Qərar barədə hələlik rəsmi açıqlama verilməyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   İsrail   ticarət  





Xəbər lenti