"Çox axtardıq..." - İtkin düşən Kəlbəcər şəhidi necə tapıldı?

 "Çox axtardıq..." -  İtkin düşən Kəlbəcər şəhidi necə tapıldı?
  02 May 2024    Oxunub:1299
Xəbər verdiyimiz kimi, Birinci Qarabağ Müharibəsində itkin düşən daha 73 nəfərin meyiti tapılıb. Onlardan biri də Kəlbəcər rayon sakini Məmmədov Hafiz Qədim oğludur.
Bununla bağlı AzVision.az -a danışan H.Məmmədovun yaxın qohumu Vüqar Nəcəfov bildirib ki, o, 31 il idi itkin düşmüşdü:

“İtkin düşəndə 22 yaşı var idi. Türkiyədə hərbi təhsil alıb, vətənə qayıtdı. Leytenant idi. 30 mart 1993-cü ildə könüllü olaraq cəbhəyə getdi.

Həmin ilin aprel ayının 4-dən 5-nə keçən gecə Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşdü və bir daha xəbər ala bilmədik. Çox axtardıq...



10 il bundan öncə valideynlərindən DNT analizi götürülmüşdü. Çox şükür ki, həmin analizlər nəticəsində aprel ayında tapıldı.

Nəşini Gəncə şəhərində yerləşən şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn ediblərmiş".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti