Qriqoryan: "Sülhməramlılar Ermənistana yönəliblər"

      Qriqoryan:    "Sülhməramlılar Ermənistana yönəliblər"
  22 Aprel 2024    Oxunub:774
"Qarabağdan çıxan Rusiya sülhməramlılarından ibarət kolon Ermənistan ərazisinə - Qoris və Sisiandakı müvəqqəti yerləşdirmə məntəqələrinə yönəlib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat yayıb.

Onun sözlərinə görə, bu addım həmçinin Laçın dəhlizinin "normal fəaliyyətinin təmin edilməsi" məqsədini daşıyır.

Xatırladaq ki, aprelin 17-də Kreml Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   sülhməramlılar  





Xəbər lenti