Aİ Kiyevə “Patriot“ vermək istəmir - "Le Monde"

      Aİ Kiyevə “Patriot“ vermək istəmir    - "Le Monde"
  22 Aprel 2024    Oxunub:591
Avropa ölkələri Ukraynaya öz hərbi ehtiyatlarından “Patriot” zenit-raket kompleksləri göndərmək istəmirlər.
Bu fikirlər Fransanın “Le Monde” qəzetində dərc olunan məqalədəndir.

Berbok "Patriot" ehtiyatlarının tükəndiyini açıqladı
Məqalədə qeyd edilir ki, Avropa ABŞ-nin Kiyevə hərbi yardımı bərpa etmək qərarını alqışlayır. Lakin lakin Avropa İttifaqı Ukraynaya hərbi vədlər verməyə tələsmir.

Almaniya artıq özünün 12 hava hücumundan müdafiə sistemindən ikisini Kiyevə verib. Bu mühüm silahın üçüncüsünün Rusiya ilə müharibə aparan bu ölkəyə təhvil verilməsi barədə razılıq əldə olunub. Hətta Almaniya kansleri Olaf Şolz Avropanı onun atdığı addımdan nümunə götürməyə çağırıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
AzVision.az



Teqlər:   Ukrayna   Avropa  





Xəbər lenti