Qubadlıda top mərmiləri aşkarlanıb

   Qubadlıda top mərmiləri aşkarlanıb
  21 Aprel 2024    Oxunub:550
Qubadlıda top mərmiləri aşkar edilib.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.
AzVision.az


Teqlər:





Xəbər lenti