İki boksçumuz 1/4 finala yüksəlib

İki boksçumuz 1/4 finala yüksəlib
  20 Aprel 2024    Oxunub:782
Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında mərhələ atlayıb.
Boks Federasiyandan AzVision.az -a verilən xəbərə görə, Amin Məmmədzadə (54 kq) 1/8 finalda yunanıstanlı rəqibi Psarras Aristotelisi 5:0 hesabı ilə məğlub edib.

O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Növbəti görüşündə Yan Zaka qarşı (İsrail) gücünü sınayacaq. Döyüş aprelin 22-də baş tutacaq.

Daha öncə boksçumuz Malik Həsənov (63,5 kq) da mərhələ adlamışdı.

AzVision.az


Teqlər: idman   boks  





Xəbər lenti