Mişel: "Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq"

      Mişel:    "Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq"
  20 Aprel 2024    Oxunub:680
"Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan razılaşmanı alqışlayırıq".
AzVision.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

"Hər ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib. Bu, bütün regionda sülh istiqamətində mühüm addımdır", - o vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   razılaşma    





Xəbər lenti