İranın nüvə obyektlərinə qarşı qeyri-adi raketlər işə salınacaq - "Daily Mail"

İranın nüvə obyektlərinə qarşı qeyri-adi raketlər işə salınacaq   - "Daily Mail"
  20 Aprel 2024    Oxunub:615
ABŞ Hərbi Hava Qüvvələri bölgədə gizli şəkildə İranın nüvə obyektlərinin elektronikasını poza bilən raketlər yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.

Müəllif iddia edib ki, elektronikalar insanlar üçün təhlükə yaratmayan mikrodalğalardan istifadə olunaraq məhv ediləcək.

Məqalədə o da qeyd olunub ki, əgər amerikalılar öz planlarını həyata keçirə bilsələr, İranın nüvə obyektləri yararsız hala düşəcək.

Söhbət ABŞ-nin 2019-cu ildən dünyanın müxtəlif yerlərində yerləşdirdiyi "CHAMP" mikrodalğalı raketlərindən gedir. Raketlər hədəf aldıqları istənilən elektron cihazı sıradan çıxara bilirlər.
AzVision.az



Teqlər:





Xəbər lenti