Zelenskiyə sui-qəsdi Qərb planlaşdırıb?

Zelenskiyə sui-qəsdi Qərb planlaşdırıb?
  19 Aprel 2024    Oxunub:691
Xəbər verdiyimiz kimi Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna prokurorluğu və Təhlükəsizlik Xidməti ilə birgə Vladimir Zelenskiyə sui-qəsd planı hazırlamaqda Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşı olan Pavel K.-ni saxlayıblar.
Məsələyə reaksiya verən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bunu "ciddi siqnal" adlandırıb.

"Çox güman ki, bu hadisə Qərbin onu aradan götürmək qərarına gəldiyinin ilk sübutu ola bilər", - Təhlükəsizlik Şurasının sədr müavini özünün Telegram kanalında yazıb.

Siyasətçi vurğulayıb ki, Zelenskinin təşvişə düşməsi üçün ciddi əsası var.
AzVision.az



Teqlər:





Xəbər lenti