"Murov Az Terminal" "Neftçi"yə qalib gəlib

"Murov Az Terminal" "Neftçi"yə qalib gəlib
  16 Aprel 2024    Oxunub:591
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, "Murov Az Terminal" və "Neftçi" komandalarının üz-üzə gəldiyi matçda birincilər 3:0 (27:25, 25:19, 25:18) hesab ilə qələbə qazanıblar.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Komandalar arasında cavab matçı aprelin 18-də baş tutacaq.

Yarımfinal mərhələsinin digər oyununda "Azərreyl" MOİK-ə qalib gəlib – 3:0.

AzVision.az


Teqlər: idman   voleybol  





Xəbər lenti