İran nüvə obyektlərini niyə bağlayıb?

İran nüvə obyektlərini niyə bağlayıb?
  16 Aprel 2024    Oxunub:536
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi diqqət çəkən açıqlama verib.
BMT Təhlükəsizlik Şurasının "Zaporojye" AES-ə həsr olunmuş iclası çərçivəsində keçirilən mətbuat konfransında Rafael Qrossiyə Təl-Əvivin İranın nüvə obyektlərinə cavab zərbəsi endirməsinin mümkünlüyü barədə sual verilib. O, İsrailə hücum olan günü İranın öz nüvə obyektlərini bağladığını deyib.

İran İsrailin yeni hücumuna saniyələr ərzində cavab verəcək
"Biz hələ də belə bir ehtimaldan narahatıq" deyən MAQATE rəhbəri qurum rəsmilərinin əldə etdiyi məlumatlardan da söz açıb.

“Sizə İrandakı müfəttişlərimizə Tehran hökumətinin bu barədə məlumat verməsi barədə danışa bilərm. Bazar günü hər gün təftiş etdiyimiz bütün nüvə obyektləri təhlükəsizlik baxımından bağlı qalıb”, - o qeyd edib.

Onun sözlərinə görə, İran obyektlərinin yenidən açılacağı gözlənilir: "Vəziyyət tamamilə sakitləşənə qədər müfəttişlərin geri qayıtmasına icazə verməmək qərarına gəldim". Qrossi mühüm obyektlərin bağlanmasının təftiş fəaliyyətlərinə heç bir təsir göstərmədiyini əlavə edib.
AzVision.az



Teqlər:   İran   İsrail  





Xəbər lenti