Ermənistanda soyuq havalarda əqrəblər peyda olur

Ermənistanda soyuq havalarda əqrəblər peyda olur
  15 Aprel 2024    Oxunub:579
Havalar qızmasa da Ermənistanda bir sıra zəhərli həşəratlar peyda olub. Bu barədə yerli media məlumat yayıb.
"Mamul" nəşri qeyd edir ki, məsələnin təhlükəli tərəfi zəhərli həşəratların kütləvi şəkildə üzə çıxmasıdır. Artıq qurbanlar da var. Məsələn, bir nəfər- 16 yaşlı qız əqrəb sancması diaqnozu ilə Vanadzor Tibb Mərkəzinə yerləşdirilib.

Səhiyyə nazirliyinin yaydığı məlumata görə, yeniyetməyə təcili yardım şöbəsində ilkin tibbi yardım göstərilib, bütün lazımi müayinələr təşkil olunub. Qızın yaxınlarının sözlərinə görə, hadisə onların öz evində baş verib və əqrəb qızın idman ayaqqabısında gizlənibmiş.
AzVision.az



Teqlər: Əqrəb  





Xəbər lenti