Qazaxıstan prezidenti Ermənistanda - Foto

 Qazaxıstan prezidenti Ermənistanda -  Foto
  15 Aprel 2024    Oxunub:714
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qazaxıstan liderini Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Səfər çərçivəsində Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyanla görüşləri nəzərdə tutulub.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti