Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
  14 Aprel 2024    Oxunub:812
Sabah İmişlinin 41, Biləsuvarın 11 və Saatlının bir yaşayış məntəqəsində qaz kəsiləcək.
AzVision.az xəbər verir ki, “İmişli” QPS-i təbii qazla təmin edən, diametri 325 millimetrlik yüksək təzyiqli qaz xətti üzərində yeni qaz ölçü qovşağına aid texnoloji düz sahənin quraşdırılması ilə bağlı Dş300 millimetrlik kürəvi kranın, bir ədəd Dş300 millimetrlik siyirtmənin, iki ədəd Dş150 millimetrliklik kürəvi kranın, bir ədəd Dş200 millimetrlik siyirtmənin və diametri 159 millimetrlik əlaqələndirici xəttin quraşdırılması nəzərdə tutulur.

Bununla bağlı olaraq sabah saat 09:00-dan işlər başa çatanadək, ümumilikdə 28 332 abonenti olan İmişli rayonu tam olaraq (İmişli şəhəri, iki qəsəbə, 39 kənd, eyni zamanda Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 məcburi köçkünlər qəsəbəsi), həmçinin, Saatlı rayonu Məzrəli kəndində (226 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti