İran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib

   İran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib
  14 Aprel 2024    Oxunub:725
İran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib. Bildirilib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, Amerika bazaları hərbi hədəfə çevriləcək.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.
Pentaqon: Vaşinqton Tehranla münaqişə axtarmır


“Biz İsveçrə səfirliyi vasitəsilə Amerikaya mesaj yolladıq. Onların nəzərinə çatdırdıq ki, əgər ABŞ bazaları sionist rejimin gələcək təcavüzkar hərəkətlərində istifadə olunarsa, İranın hərbi hədəfinə çevriləcək.

Biz bunu təcavüz kimi qiymətləndirəcəyik və buna uyğun hərəkət edəcəyik”, – Baqiri İran dövlət televiziyasına deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti