İran İsrailə hücum üçün 100 raket hazırlayıb

   İran İsrailə hücum üçün 100 raket hazırlayıb
  13 Aprel 2024    Oxunub:839
İran İsrailə mümkün hücum üçün 100 qanadlı raket hazırlayıb.
Bu barədə ABŞ-nin “ABC News” telekanalı amerikalı rəsmilərə istinadən bildirib. Belə ki, üç ABŞ rəsmisinin sözlərinə görə, İran mümkün zərbə üçün çoxlu sayda raket hazırlayıb. Rəsmilərdən ikisi deyib ki, İran mümkün zərbə üçün 100-dən çox qanadlı raket hazırlayıb.

Rəsmilərdən biri “İranın İsrailə hücumda istifadə edə biləcəyi xeyli sayda dron hazırladığını” diqqətə çatdırıb.

“The Wall Street Journal” isə yazıb ki, İran rəhbərliyi İsrailə hücumla bağlı yekun qərar verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti