İtaliya XİN rəhbəri iranlı həmkarı ilə danışıb

İtaliya XİN rəhbəri iranlı həmkarı ilə danışıb
  12 Aprel 2024    Oxunub:1027
İtaliyanın xarici işlər naziri Antonio Tayani və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Tayani "X" hesabında məlumat yayıb.

O, İranı Yaxın Şərqdəki hadisələrə qarşı mötədil yanaşmaya çağırdığını bildirib.

"Danışıq zamanı İtaliya hökumətin sülh və sabitlik istiqamətində mövqeyini bir daha dilə gətirdim. Livandakı əsgərlərimizin, Qırmızı dənizdəki ticarət gəmilərimizin təhlükəsizliyinə zəmanət verilməsinin zəruriliyini vurğuladım", - Tayani yazıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   İran   nazir   telefon-danışığı  





Xəbər lenti