MDB liderlərinin sammiti Moskvada keçiriləcək

   MDB liderlərinin sammiti Moskvada keçiriləcək
  12 Aprel 2024    Oxunub:708
Oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirliyi Şurasının növbəti iclası, 8-də isə Birlik ölkələrinin liderlərinin zirvə görüşü olacaq. Bu barədə Minskdə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, bu gün məhdud tərkibdə ünsiyyət zamanı MDB xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin rəhbərləri vaxtın çox hissəsini beynəlxalq gündəlikdəki aktual məsələlər və Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı səmimi fikir mübadiləsinə sərf ediblər.

MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın XİN rəhbərləri və nümayəndələri iştirak ediblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti