Ermənistan Britaniya səfirliyinə hərbi attaşe təyin edib

   Ermənistan Britaniya səfirliyinə hərbi attaşe təyin edib
  12 Aprel 2024    Oxunub:788
Ermənistan Böyük Britaniyadakı səfirliyinə hərbi attaşe təyin edib. Bu barədə qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Bu barədə Ermənistan mediası yazır. Bildirilir ki, belə bir qərar iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə verilib.

Bura Britaniya zabitləri tərəfindən keçirilən komanda təlim kursları, beynəlxalq sülhməramlı qüvvələrdə iştirak və illik hərbi və siyasi-hərbi məsləhətləşmələr daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti