Almaniyada Putini Hitlerə bənzədirlər

   Almaniyada Putini Hitlerə bənzədirlər
  12 Aprel 2024    Oxunub:505
Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibəni Adolf Hitlerin 1938-ci ildə Çexoslovakiyanı ilhaq etməsi ilə müqayisə edib.
Pistoriusun sözlərinə görə, Putin Ukraynada müharibə bitdikdən sonra da dayanmayacaq. O, faşist Almaniyasının lideri Adolf Hitlerin də durmaq fikrində olmadığını xatırladıb.

Nazir vurğulayıb ki, Avropa Rusiyanın genişmiqyaslı hücumuna hazırlaşmalıdır. Onun fikrincə, ordunu elə bir vəziyyətə gətirmək lazımdır ki, özünü müdafiə edə bilsin.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti