Cəlal Arutyunyanın növbəti məhkəməsi olub, şahidlər dindirilib

   Cəlal Arutyunyanın növbəti məhkəməsi olub,    şahidlər dindirilib
  12 Aprel 2024    Oxunub:903
Sünik vilayətinin birinci instansiya məhkəməsində keşmiş qondarma rejimin Müdafiə Ordusunun keçmiş komandanı Cəlal Arutyunyanın işi üzrə 3 şahid dindirilib.
Bu barədə cümə günü "Joqovurd" qəzeti məlumat yayıb. Bildirilib ki, şahidlərin hər üçü hərbçilərdir. Məhkəmə iclasında Arutyunyanın özü də iştirak edib.

Ölən əsgərlərin valideynləri məhkəmə iclaslarında iştirak etmək istəslərdə onlara icazə verilməyib.

Arutyunyana qarşı daha əvvəl 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı iki maddə üzrə iş açılmışdı. Bunlardan biri oktyabrın əvvəlində cənubda başladılan və erməni tərəfi üçün uğursuz olan əks-hücumla bağlıdır. Müstəntiqlərin fikrincə, komandirin hərəkətləri canlı qüvvə və zirehli texnikanın böyük itkisinə səbəb olub, ehtiyat qüvvələr təsirsiz hala düşüb, atəş mövqeləri Azərbaycanın nəzarətinə keçib.

Digər epizod 12 oktyabr 2020-ci il tarixində Füzuli yaxınlığında artilleriya batalyonunun şəxsi heyətinin məhv edilməsi ilə bağlıdır. Bölmənin döyüşçüləri komandanlığın, xüsusən də Arutyunyanın səhv məlumatı nəticəsində mühasirəyə düşüblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti