İrəvanda məktəblərdə və ticarət mərkəzlərində terror təhlükəsi

   İrəvanda məktəblərdə və ticarət mərkəzlərində    terror təhlükəsi
  12 Aprel 2024    Oxunub:1145
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi sosial şəbəkələrdə İrəvan məktəblərində terror aktlarının hazırlanması ilə bağlı yayılan xəbər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Bu barədə "Sputnik Ermənistan"ın müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bundan əvvəl anonim Telegram kanallarından birində naməlum şəxsin aprelin 12-də İrəvanda 17 məktəbdə, eləcə də 2 ticarət mərkəzində terror aktları törətməyi planlaşdırdığı barədə məlumat yayılıb. Yayılan məlumat valideynləri narahat edib.

“Hazırda məktəblərdə dərslər davam edir, lakin biz hüquq-mühafizə orqanlarından mesajları yoxlamağı xahiş etdik”, - nazirlikdən bildiriblər.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də təhdidlərdən xəbərdardır və yayılan məlumatları araşdırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti