Türkiyədə silahlı hücum: 1 ölü, 4 yaralı

 Türkiyədə silahlı hücum:  1 ölü, 4 yaralı
  12 Aprel 2024    Oxunub:577
Türkiyənin Kahramanmaraş şəhərində kafeyə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, naməlum şəxs kafenin qarşısına gələrək tapançadan atəş açıb. Hadisə yerinə polis və təcili tibbi yardım gəlib.

Hücum nəticəsində 66 yaşlı kafe müdiri Şevket Kalaycı həyatını itirib, 4 nəfər yaralanaraq xəstəxanaya aparılıb.

Atəş açan şəxs hadisə yerindən qaçıb. Polis şübhəlinin tutulması üçün araşdırmaya başlayıb

Hadisə ilə bağlı istintaq davam edir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti