Rusiyada beş Ukrayna PUA-sı məhv edilib

Rusiyada beş Ukrayna PUA-sı məhv edilib
  12 Aprel 2024    Oxunub:590
Rusiyanın Rostov və Belqorod vilayətləri üzərində Ukraynaya məxsus beş təyyarə tipli pilotsuz uçan aparat (PUA) məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə Rusiya Federasiyasının sərhədyanı ərazilərinə, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərinə atəş açır və hücumlar təşkil edir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti