Moskvada terror aktının qarşısı alınıb - VİDEO

   Moskvada terror aktının qarşısı alınıb -    VİDEO
  11 Aprel 2024    Oxunub:1155
Rusiya Federal Təhlükəsizlik Xidməti paytaxt Moskvada yerləşən sinaqoqda terror aktının qarşısını alıb.
AzVision.az xəbər verir ki, FTX Mərkəzi Asiya ölkələrindən birinə mənsub şəxsin Moskvada terror aktı həyata keçirməyi planlaşdırdığını açıqlayıb.

O bu məqsədlə şəhərdəki sinaqoqlardan birində kəşfiyyat aparıb və partlayan qurğu hazırlamaq üçün komponentlər alıb.

Cinayətkar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi nəticəsində zərərsizləşdirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   terror-aktı  





Xəbər lenti