İran səfiri: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır

 İran səfiri: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır
  11 Aprel 2024    Oxunub:761
İran tərəfi Tehranın Suriyadakı konsulluğuna hava hücumundan sonra İsrailin təcavüzünə cavab vermək hüququnu özündə saxlayır.
Bunu İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiya-İran əməkdaşlığına həsr olunmuş beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, İsrail günorta çağı İranın Suriyanın Dəməşq şəhərindəki səfirliyinə hücum edib:

“Hərbi müşavirlərimiz Suriya hökumətinin dəvəti ilə bu ölkədə olub və bununla da İsrail Suriyanın suverenliyini, eləcə də beynəlxalq hüququn bütün konvensiyalarını tamamilə pozub. İran İsrailin təcavüzünə cavab vermək hüququnu özündə saxlayır”.

“Bloomberg”in daha əvvəl mənbələrə istinadən xəbər verdiyi kimi, ABŞ və müttəfiqləri İranın İsraildəki hərbi və hökumət obyektlərinə cavab zərbəsi endirməsinin qaçılmaz olduğunu iddia edir. Onların fikrincə, bu, yaxın günlərdə dəqiq raketlərin istifadəsi ilə baş verə bilər. ABŞ rəsmiləri İsrailə bu mövzuda kəşfiyyat məlumatlarını paylaşmağa kömək edir.

AzVision.az


Teqlər:





Xəbər lenti