Ukrayna 2025-ci ildə iflasla üzləşə bilər

Ukrayna 2025-ci ildə iflasla üzləşə bilər
  30 Mart 2024    Oxunub:572
Qərb ölkələri Ukraynanın borclarını, o cümlədən özəl şirkətlərin borclarını silməkdən imtina edərsə, Kiyev 2025-ci ildə iflasla üzləşə bilər.
Bu barədə TASS-a Dünya Bankındakı mənbə beynəlxalq maliyyə təşkilatı vasitəsilə Kiyevə 1,5 milyard dollar kredit ayrılmasını şərh edərkən bildirib. Mənbənin aydınlaşdırıb ki, Dünya Bankının Rusiya direktoru təşkilatın nizamnaməsinə istinad edərək, bu layihənin əleyhinə səs verib.

Layihə sənədinin özündə açıq şəkildə Ukraynanın dövlət maliyyəsinin iqtisadi tənəzzül və xarici yardımın azalması ilə bağlı fəlakətli vəziyyətindən bəhs edilir. Belə ki, əgər 2025-ci ildə Qərb kreditorları Kiyevin borclarını, o cümlədən özəl şirkətlərin və bankların borclarını silməkdən imtina edərlərsə, ölkə iflasla üzləşə bilər.

Mənbə əlavə edib ki, ümumiyyətlə, Dünya Bankının rəhbərliyi Ukrayna ilə əməkdaşlığın risklərini həddən artıq yüksək qiymətləndirib, ona görə də əvvəlki əməliyyatlarda olduğu kimi bu əməliyyatda da bank öz vəsaitlərini təmin etmir.

Ukraynanın baş naziri Denis Şmıqalın daha əvvəl elan etdiyi kimi, Kiyev inkişaf siyasəti krediti çərçivəsində Dünya Bankından 1,5 milyard dollar alıb. Şmıqalın təqdim etdiyi məlumata görə, bu vəsait sosial və humanitar ehtiyaclar və yenidənqurma üçün büdcə xərclərini əhatə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti