Deputat ailə üzvləri ilə birgə təyyarə qəzasında öldü

   Deputat ailə üzvləri ilə birgə təyyarə qəzasında öldü
  30 Mart 2024    Oxunub:523
Meksika Baş Prokurorluğu deputat Xuan Pablo Montes de Oka, onun altı ailə üzvü və pilotun ölümü ilə nəticələnən Çiapas əyalətində yüngül təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə “Proceso” nəşri Baş Prokurorluğa istinadən məlumat yayıb. Mövcud məlumata görə, yüngül təyyarə martın 28-də günorta saatlarında Tustla-Quterrez hava limanından Palenke istiqamətində havaya qalxıb. Təyyarə ölkənin şimalındakı Çiapas ştatının Salto-de-Aqua bələdiyyəsinə daxil olan ejido Puerta Neqrada qəzaya uğrayıb.

Qəza yerinə gələn ekspertlərin sözlərinə görə, təyyarədə olan 8 nəfərin hamısı həlak olub. Baş Prokurorluq təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Qəzada deputat, həyat yoldaşı və iki övladı, həmçinin deputatın bacısı və iki uşağı ölüb.


AzVision.az


Teqlər:





Xəbər lenti