"Çeburaşka”nın üçüncü hissəsinə 2024-cü ilin yayında başlanılacaq

   "Çeburaşka”nın üçüncü hissəsinə 2024-cü ilin yayında başlanılacaq
  22 Mart 2024    Oxunub:1033
"Çeburaşka"nın üçüncü hissəsi üzərində iş 2024-cü ilin iyununda cizgi filmin ikinci hissəsinin çəkilişləri ilə eyni vaxtda başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə TASS ə-a bu barədə baş rollardan birinin ifaçısı Sergey Qarmaşa məlumata verib.

Aktyor qeyd edib ki, hazırda filmin ikinci hissəsinin çəkilişlərinə hazırlıq gedir.

“İyunun əvvəlində “Çeburaşka-2” və “Çeburaşka-3” filmlərinin çəkilişlərinə başlanılacaq, ardıcıl olaraq iki böyük tammetrajlı film çəkiləcək”, – agentlik Qarmaşdan sitat gətirir.

Qeyd edək ki, milyonların sevdiyi qəhrəmanın macəralarından bəhs edən nağıl hekayəsinin davamı 2025-ci il dekabrın 31-də ekranlara çıxacaq.

"Çeburaşka" filmi 2023-cü il yanvarın 1-də Rusiya ekranlarına çıxıb və yerli film prokat tarixində rekord kassa toplayıb. Baş rollarda: Sergey Qarmaş, Yelena Yakovleva, Polina Maksimova, Sergey Lavıgin, Fyodor Dobronravov və başqaları iştirak edir Aktrisa Olqa Kuzmina Çeburaşkanın səsini səsləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti