Paşinyan, Blinken və Lyayen Brüsseldə görüşəcək

   Paşinyan, Blinken və Lyayen Brüsseldə görüşəcək
  21 Mart 2024    Oxunub:781
Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.
Bu barədə “Armenpress”ə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Belə ki, görüşdə Ermənistan dövlətinin inkişafına töhfə verən üçtərəfli əməkdaşlığın yolları müzakirə olunacaq. Onun sözlərinə görə, tədbir həm də Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır.

2023-cü il oktyabrın 5-də Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İspaniyanın Qranada şəhərində keçirilən görüşdən sonra birgə bəyanat yayıblar. Daha sonra Aİ rəhbəri Ermənistana dəstək üçün Aİ-ABŞ birgə tədbirinin hazırlandığını bəyan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti