Yaponiyada tanker batıb: 8 ölü - VİDEO

   Yaponiyada tanker batıb:    8 ölü - VİDEO
  20 Mart 2024    Oxunub:614
Yaponiyanın cənub-qərb sahillərində Cənubi Koreya bayrağı altında kimyəvi maddə daşıyan tanker fırtına səbəbi ilə aşıb.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizə İdarəsi məlumat yayıb.

Hadisə Şimonoseki şəhəri yaxınlığında meydana gəlib. Limana lövbər salmış 870 tonluq "Keoyoung Sun" adlı gəmi güclü fırtına şəraitində yardım zərurəti ilə bağlı siqnal yayıb.

Sahil mühafizə qrupu köməyə gələnəcən tanker aşıb.

Hadisədə 11 nəfərlik (8-i indoneziyalı, 2-si cənubi koreyalı, 1-i çinli) ekipaj üzvündən yalnız biri qurtulub. 8-i ölüb, 2-si isə itkin düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: hadisə   Yaponiya   tanker   gəmi  





Xəbər lenti