Qallant ABŞ-yə gedir

   Qallant ABŞ-yə gedir
  20 Mart 2024    Oxunub:670
İsrailin müdafiə naziri Yoav Qallant gələn həftə Vaşinqtona gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, Qallantın oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri ABŞ-yə ilk səfəridir.

O, səfər çərçivəsində həmkarı, "Pentaqon"un rəhbəri Lloyd Ostinlə görüşəcək. Onlar HƏMAS terror təşkilatına qarşı müharibədə cari vəziyyəti, qüvvələrin artırılmasını, humanitar məsələləri və ikitərəfli hərbi əməkdaşlıq sahələri ilə müzakirə aparacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   səfər  





Xəbər lenti