İordaniya Qəzzaya havadan yardım göndərib

   İordaniya Qəzzaya havadan yardım göndərib
  20 Mart 2024    Oxunub:697
İordaniya Hərbi Hava Qüvvələri müttəfiq ölkələrin dəstəyi ilə Qəzza zolağına havadan altı partiya humanitar yardım göndərdiyini bildirib.
AzVision.az xəbər verir ki, ordunun mətbuat xidməti bu barədə məlumat yayıb.

Yardım çatdırılması ABŞ, Misir, Sinqapur və Almaniyaya məxsus təyyarələrin iştirakı ilə həyata keçirilib.
ABŞ Qəzzaya növbəti dəfə havadan yardım göndərib - FOTO

Xatırladaq ki, hazırda Qəzza zolağına qurudan və dənizdən (Kipr vasitəsilə) yardımla yanaşı hava yolu ilə də yardım göndərilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   yardım   İordaniya  





Xəbər lenti