Pekin Si Cinpinin Fransaya səfəri ilə bağlı məlumatı təsdiqləmədi

Pekin Si Cinpinin Fransaya səfəri ilə bağlı məlumatı təsdiqləmədi
  20 Mart 2024    Oxunub:729
Çin Xarici İşlər Nazirliyində ölkə rəhbəri Si Cinpinin Fransaya mümkün səfəri barədə məlumat yoxdur.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib: "Mənim hələ ki, bu məsələ ilə bağlı yaymaq üçün məlumatım yoxdur",deyə, o bildirib.

Bloomberg daha əvvəl məlumat verib ki, Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpini yazda Parisə dəvət etməyi planlaşdırır. Si Cinpin sonuncu dəfə ötən ilin aprelində Fransa lideri ilə görüşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti