Ukrayna NATO standartlarına uyğun mərmi istehsal edə bilər

   Ukrayna NATO standartlarına uyğun mərmi istehsal edə bilər
  20 Mart 2024    Oxunub:657
Ukraynada 155 mm-lik artilleriya mərmilərinin istehsalı 2024-cü ilin ikinci yarısından tez başlaya bilər.
Bu barədə “The Washington Post” Ukrayna dövlət konserni “Ukrainian Defence Industry” (“Ukroboronprom”)dakı mənbəyə istinadən məlumat yayıb. Qərb sponsorlarının Ukraynaya tədarük etdiyi artilleriya sistemləri NATO standartlarına uyğun mərmilər tələb edir ki, Kiyev bu mərmilərdən çox məhrumdur. Ukrayna dövlət konserninin nümayəndəsinin sözlərinə görə, onların istehsalına “bu ilin ikinci yarısından” tez başlanılmayacaq.

Nəşr hesab edir ki, Kiyevin döyüş sursatından tutmuş müasir silahlara qədər xaricdə dəstək axtarmaq zərurəti Ukraynanın uzun illər səriştəsiz idarəçiliyi və ölkədəki korrupsiya ilə bağlıdır.

Milli Müdafiə Sənayesi Assosiasiyasının direktoru Maksim Polivyani bildirib: "Təəssüflə deyə bilərəm ki, Qərb tərəfdaşlarımızın, dostlarımızın, o cümlədən ABŞ-dan olan dostlarımızın köməyi olmadan biz Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını tam ödəyə bilməyəcəyik".

Onun sözlərinə görə, yüksək texnologiyalı raket sistemlərinin istehsalını mənimsəmək və Ukraynada belə istehsalı qurmaq üçün “onilliklər keçməlidir”.

AzVision.az


Teqlər:





Xəbər lenti