Qazaxıstan-Qırğızıstan hərbi təhlükəyə qarşı birləşir - TƏFƏRRÜAT

   Qazaxıstan-Qırğızıstan hərbi təhlükəyə qarşı birləşir -    TƏFƏRRÜAT
  20 Mart 2024    Oxunub:1000
Qazaxıstan Qırğızıstanla müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında saziş imzalamaq niyyətindədir ki, bu da hərbi təhlükə zamanı ölkələrin birgə hərəkətlərini nəzərdə tutur.
Bu “Açıq hüquqi aktlar ” portalında dərc edilən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Qazaxıstan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında sazişin imzalanması haqqında” müvafiq fərman layihəsində göstərilib.

Belə ki, üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsi yaradan vəziyyət yaranarsa, razılığa gələn tərəflər problemin sülh yolu ilə həllinə töhfə verən tədbirlər görmək üçün həm ikitərəfli qaydada, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində dərhal bir-biri ilə müvafiq məsləhətləşmələr aparacaqlar.

Sənəddə qeyd olunub ki, Qazaxıstan və Qırğızıstan heç bir blok və ya ittifaqda iştirak etməmək öhdəliyini təsdiqləyir, həmçinin digər müqavilə tərəfinə qarşı yönəlmiş hər hansı hərəkətlərdə iştirakdan çəkinirlər.

Hər iki ölkənin əraziləri və resurslarırazılığa gələn tərəfə qarşı təcavüz və ya digər düşmənçilik hərəkətləri hazırlamaq və ya həyata keçirmək, habelə dövlətin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməməlidir.

Həmçinin sənədə əsasən, Qazaxıstan və Qırğızıstan öz ərazilərindəki rabitə sistemlərindən və digər infrastrukturlardan razılığa gələn digər tərəfə qarşı silahlı hərəkətlərin hazırlanması və ya həyata keçirilməsi məqsədilə üçüncü dövlətlər tərəfindən istifadəsinin qarşısını almağı öhdələrinə götürürlər.

Sənəd layihəsi həmçinin iki ölkənin iqtisadi əlaqələrinin gücləndirilməsini, xüsusən də “malların, xidmətlərin və investisiyaların qarşılıqlı çıxışı, onların dövlətlərinin ərazilərində mühafizəsi və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını” nəzərdə tutur.

Müqavilə layihəsində onun nə vaxt və harada imzalana biləcəyi göstərilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti