COP29-un baş icraçı direktoru "CERAWeek" konfransında iştirak edib

COP29-un baş icraçı direktoru "CERAWeek" konfransında iştirak edib
  20 Mart 2024    Oxunub:577
Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən “CERAWeek” illik enerji konfransında iştirak edib.
Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“CERAWeek” iştirakçılarına müraciət edən COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın enerji sektorunun dekarbonizasiyası istiqamətindəki səylərindən danışıb. COP29 enerji keçidini inkişaf etdirmək üçün COP28-də əldə edilmiş irəliləyişə əsaslanaraq qlobal öhdəliklərin yerinə yetirilməsi, genişləndirilməsi və miqyasının artırılması səylərini dəstəkləyəcək”, - paylaşımda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti