Tramp 3 ştatda keçirilən praymerizlərdə qalib gəlib

Tramp 3 ştatda keçirilən praymerizlərdə qalib gəlib
  20 Mart 2024    Oxunub:633
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida, Ohayo və İllinoys ştatlarında Respublikaçıların praymerizində qalib gəlib.
AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Floridada bülletenlərin 80 faizi sayıldıqdan sonra Tramp səslərin 80,5 faizini, Ohayoda isə bülletenlərin 20 faizi hesablandıqdan sonra seçicilərin 72,8 faizinin dəstəyini qazanıb. İllinoys ştatında ilk bülletenlər hesablandıqdan sonra ABŞ-ın keçmiş prezidenti 69 faiz toplayıb.

Trampın əsas rəqibləri – ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, Florida qubernatoru Ron Desantis və iş adamı Vivek Ramasvami daha əvvəl seçki yarışından çəkildiklərini bəyan ediblər.

ABŞ-ın keçmiş prezidenti artıq Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
AzVision.az



Teqlər: Tramp  





Xəbər lenti