7 "Oscar"lı "Oppenheimer"a yaponlardan sərt reaksiya

7 "Oscar"lı "Oppenheimer"a yaponlardan sərt reaksiya
  13 Mart 2024    Oxunub:876
Yaponiyada insanlar 78 il əvvəl şəhərlərini yerlə-yeksan edən atom bombasını hazırlayan alim haqqında filmin "Oskar"a layiq görülməsinə heç də xoş qarşılamayıblar.
Fizik J. Robert Oppenheimerin həyatından bəhs edən "Oppenheimer" bioqrafik filmi dünya üzrə 954 milyon dollar gəlir əldə edib və ABŞ Akademiya Mükafatlarında 7 Oskar qazanıb.

Lakin film II Dünya Müharibəsinin sonlarına doğru ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası hücumu etdiyi Yaponiyada nümayiş olunmayıb.

Atom bombasının "insan dəyərini ört-basdır etdiyi" üçün tənqid edilən film məzmunu və tanıtımı ilə bağlı müzakirələr səbəbindən Yaponiyada martın 29-u kinoteatrlarda göstəriləcək. Yaponların çoxu filmə baxmadan qiymətləndirmələrin kifayət etməyəcəyini qeyd ediblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti